“Laçındakı erməni kilsəsinin yerindəki evimin ərazisinə iddialı deyiləm… Bu, ümummilli məsələdir…”

“Laçındakı erməni kilsəsinin yerindəki evimin ərazisinə iddialı deyiləm… Bu, ümummilli məsələdir…”

“Bizim əsas məqsədimiz ermənilərin Laçında guya tarixən qədim kilsə olması haqda beynəlxalq təbliğatlarını sənədlərlə də ifşa etməkdir…”

“Amma oradakı erməni kilsəsinin məscidə çevrilməsi də ürəyimcə deyil…”

Avqustun 18-də sonuncu üzdəniraq dini tədbirlərini keçirdikləri və on illərdir dünyaya “tarixi erməni abidəsi” kimi sırımağa çalışdıqları qədim Azərbaycan torpağı olan Laçındakı erməni kilsəsi 1996-1998-ci illərdə qanunsuz olaraq yerli sakin, Azərbaycan vətəndaşı Qubad İbrahimova məxsus evin yerində tikilib.

Artıq tezliklə adının əvvəlindəki “Laçından məcburi köçkün” ifadəsi ilə rəsmən vidalaşacaq Qubad İbrahimovla əlaqə saxladıq. Laçında işğalçıların yerində qanunsuz kilsə tikdikləri evin  sahibi olan həmsöhbətimiz – uzun illər Laçınla yanaşı, Şuşa, Xankəndi ərazilərində tikinti-inşaat işlərində rəhbər vəzifələrdə çalışmış, bir müddət Laçın rayonunun baş memarı olmuş Qubad İbrahimov 1988-ci ildə odövrkü müvafiq rayon qurumlarının qərarıyla Laçın şəhəri, Həzi Aslanov 35 ünvanında tikilib istifadəyə verilmiş evinin sənədlərini Moderator.az əməkdaşına təqdim etdi, evin tikilməsi və s. haqda məlumat verdi. 

“Əvvəla, onu deyim ki, Laçın rayonunda, o cümlədən Laçın şəhərində tarix boyu heç bir erməni kilsəsi olmayıb. Onlar işğaldan sonra, sizin də yazılarınızda qeyd etdiyiniz kimi, 1996-1998-ci ildə tikiblər. Mən isə həmin məkanda, yəni Laçın şəhəri Həzi Aslanov küçəsi 35 ünvanında öz evimi tamamilə qanuni sənədlərlə ondan düz 10 il öncə – 1988-ci ildə tikib istifadəyə vermişəm. Laçın rayon icraiyyə komitəsinin müvafiq qərar, icazə və çıxarışında dəqiq tarixlər göstərilir”. 

“Belə təkliflər var ki, Laçındakı kilsəni sökmədən məscidə çevirmək lazımdır. Buna həmin torpağın qanuni və mənəvi sahibi kimi sizin münasibətiniz necədir?” sualını isə həmsöhbətimiz belə cavablandırdı:

“Əvvəla, bu haqda qərarı dövlətimiz verməlidir. İkincisi də Laçında məscidi başqa – daha geniş yerdə tikmək olar. Amma mənim öz fikrimə gəldikdə, oradakı kilsənin məscidə çevrilməsi ürəyimcə deyil. Heç bu, bütün baxımlardan məqsədəuyğun da deyil. Çünki bilmirik, həyasız ermənilər o tikilinin bünövrəsinə nələr qoyublar. Bir yüz ildən sonra hay-küy qaldıra bilərlər ki, bəs “o məscidin yerində tarixi erməni kilsəsi olub, azərbaycanlılar onu söküblər – bünövrə qazılsa, lazımi sübutlar göstərərik”.

Ona görə də hesab edirəm ki, həmin hay məbədini buldozerə verib kürümək lazımdır.

Və buna görə istər yerli, istərsə də beynəlxalq qanunlara görə, heç bir təşkilat, heç bir dövlət Azərbaycanı qınaya bilməz. Çünki işğaldan azad edilmiş digər ərazilər kimi Laçın rayonu və Laçın şəhəri də dünya birliyi tərəfindən rəsmən tanınmış Azərbaycan torpağıdır. Erməni kilsəsinin yerində də dövlət nə tikər, öz məsləhətidir. Yəni təkrar edirəm, əlimdə həmin torpağa, evə aid sənədlərim olsa da, mən iddia etmirəm ki, həmin ərazi mütləq özümə qaytarılmalı və orada yenidən ev tikməliyəm. Əsla. Təki Laçın düşməndən tam azad olunsun və inşallah, biz şəhərimizə dönəndə başqa yerdə də özümüzə balaca bir ev tikə bilərik. Bizim əsas məqsədimiz  ermənilərin Laçında guya tarixən qədim kilsə olması haqda beynəlxalq təbliğatlarını sənədlərlə də ifşa etməkdir. Bu məsələni mümkün qədər ictimailəşdirmək, beynəlxalq qurumları məlumatlandırmaq lazımdır. Çünki işğal edilmiş torpaqda tikinti işləri aparmaq da beynəlxalq konvensiyalara zidd məsələdir”, – deyə Qubad İbrahimov vurğuladı. 

Laçın şəhər sakini, hörmətli Qubad İbrahimovun fikirlərinə dəstək olaraq bir daha bildiririk ki, Laçın şəhərindəki eyni ünvanda Azərbaycan vətəndaşının evinin olması faktı da sənədlərlə təsdiqini tapdıqdan sonra bəhs edilən üzdəniraq hay kilsəsinin Azərbaycan dövləti tərəfindən sökülüb həmin məkanı o yurdun işğalçıların evini dağıtmış olduğu əsl sakininə qaytarılması istər Azərbaycan, istərsə də beynəlxalq qanunlara tamamilə uyğun olar. Və buna ermənilərlə, Ermənistan dövləti ilə yanaşı, hər hansı beynəlxalq qurumun zərrə qədər etiraz etməyə haqqı yoxdur. Əksinə, Ermənistan işğalçı dövlət olaraq Qarabağın, Şərqi Zəngəzurun, o cümlədən Laçın rayonunun digər didərgin sakinləri kimi vətəndaş Qubad İbrahimova da yaşayış evinin bərpası üçün kompensasiya ödəməlidir…

Share: