Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyası komandanının müavini Yaroslav Spodarı vəzifəsindən azad edib.
Bu barədə Ukrayna Prezidenti müvafiq fərman imzalayıb.
Qeyd edək ki, Y. Spodar 2014-cü ildən Ukrayna Milli Qvardiyasının şəxsi heyətlə iş üzrə komandirinin müavini vəzifəsində çalışıb.
Əlavə edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün axşam saatlarında müdafiə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə qapalı rejimdə görüş keçirib.
Mənbə: RBC.Ua