Laçının girişində erməni dilində “Berdzor” yazılan löhvə sökülüb.
“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Laçın işğalda olduğu müddətdə ermənilər tərəfindən “Bedzor” adlandırılıb.
Xatırladaq, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.