“Kəpəz” klubu baş məşqçi Yaşar Vahabzadə ilə yollarını ayırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Bildirilib ki, klub rəhbərliyi çalışdırıcı ilə görüşüb və komandanın nəticələri təhlil edilib. Daha sonra qarşılıqlı razılıq əsasında ayrılığa qərar verilib.
Onunla yanaşı məşqçilər korpusuna daxil olan bütün məşqçilərlə yollar ayrılıb.