Zaqataladan 27 km cənub-şərqdə Qax ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:50:59-da baş verib.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 8km olub.