İsveçin ABBA pop qrupu, komandanın müsabiqədəki qələbəsinin 50-ci ildönümünə baxmayaraq, “Eurovision 2024″də çıxış etməkdən imtina edib.
Kulis.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Qrup üzvü Benni Andersonun sözlərinə görə, ABBA-nın “Eurovision”da iştirak etməyi də planlaşdırmır: “Mən istəmirəm. Mən istəmirəmsə, başqaları da istəməz. Dördümüz üçün də eyniyik. Biri yox deyirsə, demək olmaz”.
Komandanın digər üzvü Byorn Ulvaeus da Andersonun sözlərini dəstəkləyib. “ABBA-nın 50 illiyini səhnəyə çıxmadan da qeyd edə bilərik”, – deyə musiqiçi yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət öncə İsveçin “Eurovision 2023″ün qalib olduğuna görə “Eurovision” pərəstişkarları Avropa Yayım İttifaqını nəticələri saxtalaşdırmaqda ittiham ediblər.