ABŞ Hərbi Hava Qüvvələrinin aparıcı generallarından biri olan Mayk Minihan tabeliyində olan əsgərlərə tezliklə Çinlə müharibəyə girə biləcəklərini bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, general Vaşinqton və Pekinin iki il ərzində Tayvan üzərində döyüşə biləcəyini vurğulayıb.
“Ümid edirəm ki, yanılıram. İnstinktlərim mənə 2025-ci ildə mübarizə aparacağımızı deyir”, – o bildirib.
O qeyd edib ki, 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərinin ölkənin diqqətini yayındıracağını və Çin liderinin bundan istifadə edərək 2025-ci ildə hərəkətə keçə biləcəyini iddia edib.