ABŞ prezidenti Donald Tramp ölkəyə gələn qaçqınların seçim proqramını sərtləşdirmək barədə göstəriş verib.
Bu barədə Tramp öz “Twitter” səhifəsində yazıb.
O, bildirib: “Mən daxili təhlükəsizlik nazirliyinə hazırdada ekstremal olan seçimi proqramını sərtləşdirməyə göstəriş verdim”.
Tramp bu göstərişin Nyu-Yorkda baş verən terror aktı ilə əlaqəsi olub olmadığı barədə məlumat verməyib.
Qeyd edək ki, oktyabrın 31-i Nyu-Yorkun mərkəzində yük maşını velosiped yoluna çıxaraq insanların üzərinə sürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Şəhərin meri hadisəni terror aktı kimi dəyərləndirib. Yük maşınını idarə edən özbəkistanlı 29 yaşlı Sayfullo Saipov olduğu bildirilir. O, polislər tərəfindən saxlanılıb.