“ABŞ banan ölkəsinə çevrilib”

“Prezident Co Bayden administrasiyasının siyasəti ucbatından ABŞ 1929-1939-cu illərdə Böyük Depressiya zamanı olduğu kimi iqtisadi böhranla üz-üzədir”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-nin eks-prezidenti Donald Tramp bildirib.

Trampın sözlərinə görə, indiki administrasiya 11,5 trilyon dolları “boşa xərcləyib”: “Bu, Amerikada hər ailədən alınan 88 min dollara bərabərdir. Bayden dövründə büdcə kəsiri sürətlə böyüyür. Bu il iki dəfədən çox artacaq. Biz banan respublikasına çevrilmişik. Sərhədimiz yoxdur. Ədalətsiz seçkilərimiz var”.


Share: