ABŞ bu günə qədər 21 ölkədən Suriyaya hərbi qüvvə göndərməyi tələb edib.

ABŞ hökuməti bu günə qədər 21 ölkədən Suriyaya hərbi qüvvə göndərməyi tələb edib.

Müstəqil.az xəbər verir ki, bu iddia ABŞ-ın “Wall Street Journal” qəzetində yer alıb.

Jurnalın Amerikanın hərbi mənbələrinə istinadən verdiyi xəbərə görə, bu tələblərdən yarısına müsbət cavab verilməyib. Adı açıqlanmayan şəxslər bildirib ki, müsbət cavab verən ölkələr kiçik miqyasda hərbi qüvvə göndərməyə razı olub.

Məqalədə Tramp hökumətinin avropalı müttəfiqlərlə iki dəfə rəsmi görüş keçirdiyi, ABŞ nümayəndələrinin yanvar ayında İngiltərə, Almaniya, Fransa, Danimarka, Avstraliya, Norveç və Belçikanın paytaxtlarında səfərdə olduqları qeyd edilib. Bundan başqa, 14 Avropa ölkəsi ilə ötən həftə görüş keçirilib və bu ölkələrdən logistik dəstək, hərbi təlim və sabitliyin təmin olunması məsələlərində yardım istənilib.

Bir çox Avropa ölkəsi isə siyasi təzyiqə məruz qalmamaq üçün sadəcə İŞİD terror təşkilatı ilə mübarizəyə qatıla biləcəklərini deyib. Digərləri isə humanitar yardım mövzusunda dəstək nümayiş edə biləcəklərini ifadə ediblər.

ABŞ-ın Avropada axtardığı dəstəyi tapa bilməməsi diqqətləri Suriyanın şimal-şərqində təhlükəsiz bölgə mövuzusunda Türkiyə ilə apardığı danışıqlara istiqamətləndirib. Mənbələrin verdiyi məlumata görə, iki ölkə arasında gedən bu müzakirədə irəliləyiş qeydə alınıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında Suriyadan bütün Amerika əsgərlərinin çıxarılacağını açıqlamışdı. Rəsmi məlumata görə, ABŞ-ın Suriyada 2 min əsgəri var.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha sonra bu canlı qüvvənin kiçik bir qisminin ölkədə qalacağını və əksəriyyətinin NATO qüvvələrindən ibarət nəzarət mərkəzinin qurulacağını bildirmişdi.

Müstəqil.az

Share: