“ABŞ bu məsələdə İrəvanla Bakıya yardım etməyə davam edəcək”

“Vaşinqton sülh müqaviləsinin imzalanmasında Ermənistan və Azərbaycana yardım etməyə davam edəcək”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib. 

Onun sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması tək Ermənistan və Azərbaycanın deyil, regionun və bütün dünyanın marağındadır. 

O, ABŞ-nin bu istiqamətdə öz səylərini davam etdirəcəyini vurğulayıb.


Share: