Yaxın Şərqdə hücum potensialını artıran ABŞ Suriyadakı rejim qüvvələrinə hücuma hazırlaşır.
Müstəqil.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyanın ehtiyatda olan generalı İqor Konaşenkov Amerikanın “28 Tomahauk” raketi ilə təchiz edilən “USS Ross” müharibə gəmisinin Qara dənizə girdiyini deyib.
Sözügedən açıqlama Fransa prezidenti Emmanuel Makronun Suriyadakı rejim qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi təqdirində yenidən hava hücumlarına başlayacaqlarını elan etdikdən sonra gəlib.
Qeyd edək ki, ABŞ, Fransa və İngiltərə müxaliflərə qarşı kimyəvi silahdan istifadə edən Bəşər Əsəd rejiminin hərbi bazalarına iki dəfə hücum edib. Qara dəniz, Qırmızı dəniz və Bəsrə körfəzindəki müharibə gəmilərindən isə Suriyaya raketlər atılmışdı. ABŞ lideri Donald Trampın Rusiyanə hədəf alan “raket tviti” isə dünyanı sarsıtmışdı.
Qeyd edək ki, rəsmi Moskva 2015-ci ilin sentyabr ayından etibarən Əsəd rejiminə dəstək verir.