ABŞ-də 1 milyon insan elektriksiz qaldı — 3 nəfər öldü

ABŞ-də 1 milyon insan elektriksiz qaldı — 3 nəfər öldü

ABŞ-də baş verən qar fırtınası nəticəsində 1 milyon insan elektriksiz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Qar fırtınası ölkənin bütün şərqində və qərbin daxili hissələrində güclü külək və şaxtalı soyuğa səbəb olub.

ABŞ Milli Meterologiya Xidməti son dərəcə təhlükəli qar fırtınasının ölkədə 200 milyondan çox insanı təsir altına aldığını açıqlayıb.

Sərt hava şəraiti ilə əlaqədar 4500-dən çox reys ləğv edilib.


Share: