Bazar günü Ohayo ştatının Klivlend şəhərində baş verən kütləvi atışmada azı 9 nəfər güllə yarası alıb.
Məlumata görə, hazırda ölənlər barədə məlumat yoxdur.
“İlkin məlumatlara görə, şübhəli şəxs bir qrup sakinə atəş açaraq daha sonra hadisə yerindən qaçıb”, – Klivlend polisinin sözçüsü bildirib.
“Müstəntiqlər sübutları və videogörüntüləri tədqiq edir, həmçinin zərərçəkmişlərlə müsahibə aparırlar”, – deyə o əlavə edib.
Mənbə: TASS