19 yaşdan kiçik amerikalılar arasında ölüm nisbəti son illərdə rekord həddə çatıb.
ABŞ Cəmiyyət və Sağlamlıq Araşdırmaları Mərkəzinin məlumatına görə, hər 100 000 gənc amerikalıdan 30-u 19 yaşına çatmamış ölür. 2020-ci ildən etibarən gənclər arasında ölüm hallarının artması əhəmiyyətli dərəcədə sürətlənib.
Eyni zamanda, koronavirus pandemiyası vaxtından əvvəl ölüm səbəbləri siyahısında ilk sıralarda deyil, çünki gənclər COVID-19-u daha rahat keçirirlər.
Gənclər arasında ölüm hallarının əsas səbəbi kimi narkotik vasitələrin həddindən artıq dozada qəbulu, intihar, qətl və yol-nəqliyyat hadisələri göstərilir.
Mənbə: The Wall Street Journal