ABŞ-də hava limanı işçisi təyyarə turbininə düşərək ölüb

ABŞ-nin Alabama ştatındakı Montqomeri hava limanında yerli əməkdaş “American Airlines”a məxsus təyyarənin turbininə düşüb.

Hadisə dekabrın 31-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 1 yanvar saat 07:00-da – red.) “Embraer E175” aviaşirkətinə məxsus 3408 saylı reys Dallasdan gəldikdən sonra təyyarə çıxışın qarşısında dayanarkən baş verib.

“American Airlines” şirkətinin mətbuat xidməti bildirib ki, həmin şəxs ölüb.

“Hələlik əlavə məlumat yoxdur”, – mətbuat xidməti hadisəni şərh edib.

İnsidentdən sonra hava limanı müvəqqəti bağlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Mənbə: iz.ru

Share: