Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-də qadın evində sərxoş tapdığı kişiyə ərə gedib.
Məlumata görə, 29 yaşlı Ketrin Conston ziyafətə gedib və bacısından gec qayıdacağı üçün qapını bağlamamasını xahiş edib. O, səhər tezdən evə daxil olanda qonaq otağındakı divanda sərxoş bir kişinin yatdığını görüb.
Daha sonra qadın bacısını oyadıb, onlar evdən qaçıb, polis çağırıblar. 35 yaşlı Maykl evə qanunsuz daxil olduğu üçün həbs edilib. Ancaq qadının dostları oğlanı tanıyıb və haqqında müsbət rəy veriblər. Sonda onlar Ketrini ərizəni geri götürməyə razı sala biliblər.
İttihamlardan azad olan kişi çiçəklərlə Ketrinin yanına gəlib və davranışına görə bütün ailədən üzr istəyib. Qadın Mayklı bağışlayıb və bir müddət sonra onlar evləniblər.
Mənbə: Lenta dnya