Prezident Co Baydenin siyasəti sayəsində ABŞ-də qeyri-qanuni miqrantların sayı 15 milyona yüksəlib.
xəbər verir ki, bu barədə ABŞ-nin sabiq prezidenti Donald Tramp bildirib.
“Birləşmiş Ştatlara qeyri-qanuni yolla gələnlərin çoxu həbsxanada cəza çəkib, çoxu terrorçudur.Mən inanıram ki, hazırda bizdə olan real say yəqin ki, 15 milyona yaxındır”, – Tramp deyib.
O, Baydenin prezidentliyinin sonuna qədər ABŞ-da artıq 20 milyon qeyri-qanuni miqrantın olacağını istisna etməyib.
Keçmiş prezident demokratlar administrasiyasını sərhədi dərhal bağlamağa çağırıb.