Ağ Ev Ukrayna ilə müharibədə istifadə etdiyi İran İHA-larının tədarükü və istifadəsində aparıcı rol oynayan, Rusiyada yerləşən 3 quruma sanksiya tətbiq etdiklərini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi açıqlama verib.
“İran PUA-larının alınmasında və istifadəsində aparıcı rol oynayan Rusiya mərkəzli 3 quruma sanksiya tətbiq edirik”, – o bildirib.
Həmin qurumlar arasında Rusiya Aerokosmik Qüvvələrinin də olduğunu deyən Kirbi, Rusiya ilə İran arasında İHA-ların təhvil verilməsi ilə bağlı müqavilədə bu təşkilatın haqqı olduğunu vurğulayıb.