ABŞ-ın Florida ştatında atışma olub.
Müstəqil.az “RİA Novosti”yə istinadən xəbər verir ki, atəş açan naməlum şəxs mənzildə gizlənib. Onun atəş açması nəticəsində bir nəfər yaralanıb.
Hadisə yerinə çox sayda polis əməkdaşı və xüsusi təyinalılar cəlb olunub.
Şahidlər naməlum şəxsin 50 dəfəyə yaxın atəş açdığını bildirir. Hadisə yerinin yaxınlığında yerləşən məktəblər bağlanıb.