ABŞ-nin Missuri ştatında hamilə qadın və uşağın vəhşicəsinə öldürülməsində şübhəli bilinən ər və arvad həbs edilib.
Belə ki, dördüncü övladına hamilə olan 33 yaşlı üç uşaq anası Eşli Buş internet vasitəsilə iş axtarıb. 42 yaşlı qadın ona başqa şəhərdə müsahibə təklif edib və onu ora özünün aparacağına söz verib. Bir gün həmin qadın maşınla Eşli Buşun arxasınca gəlib və bundan sonra qadın evə qayıtmayıb. Onun yoldaşı bu barədə polisə xəbər verib.
Bir neçə gün sonra evdə ölü uşaq dünyaya gətirildiyi barədə Missuri polisinə məlumat daxil olub.
Uşağın dəfn mərasimindən əvvəl tibbi ekspertiza zamanı DNT analizi götürülüb. Bundan sonra uşağın meyiti tapılan evin sahibləri- ər və arvad şübhəli qismində nəzarətə götürülüblər.
Şübhəlilər polisə etiraf edib ki, hamilə qadını bətnindəki uşağa sahib çıxmaq üçün qaçırıblar, sonra onu öldürüblər, dölü çəxarmaq istəyiblər, ancaq körpə sağ qalmayıb. Onlar qadının meyitini yandırıblar.
Ekspertlər belə qənaətə gəliblər ki, Eşli Buş odlu silahla öldürülüb, müttəhim qadının qətliamını özü həyata keçirib, sonra isə hər şeyi ərinə danışıb, o isə, cinayəti gizlətmək qərarına gəlib.
Mənbə: CNN