ABŞ-ın şərq sahillərində güclü qar və yağışla müşayiət olunan qasırğa azı 15 ştatda ciddi fəsadlara yol açıb. “NBC” məlumatına görə, Virciniya, Merilend və Rod Aylend ştatlarında təbii fəlakət nəticəsində azı 5 nəfər həlak olub.
Telekanalın məlumatına əsasən, qurbanlar küləyin aşırdığı ağacların altında qalaraq ölüb.
Bununla yanaşı, şiddətli külək 1 milyondan çox evi və təsərrüfat obyektini işıqsız qoyub. Bəzi yaşayış məntəqələrində küçələr su altında qalıb. Aeoportlarda minlərlə hava reysi təxirə salınıb. Virciniya ştatında yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan olunub.(oxu.az)