ABŞ-ın Vaşinqton ştatında hidrotəyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, səkkiz nəfər itkin düşüb.
Bu barədə ABŞ Sahil Mühafizəsi “Twitter”də bildirib.
Qeyd olunur ki, təyyarə San-Xuan adasından havaya qalxaraq okeana düşüb. O, Siettl Beynəlxalq Hava Limanına gedirmiş. Təyyarədəki doqquz nəfərdən biri uşaq olub.
Axtarış-xilasetmə əməliyyatları zamanı bir nəfərin meyiti tapılıb, daha səkkiz nəfər axtarılır.
Qəzanın səbəbi hələlik açıqlanmayıb.