ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərindən havaya qalxan kiçik təyyarə Marietta şəhərində avtomobil qalareyasının dayanacağına çırpılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan pilot və sərnişin dünyasını dəyişib.
Dayanacaqda baş verən yanğında çoxlu avtomobil yanıb.
Səlahiyyətlilər təyyarənin havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra naməlum səbəbdən qəzaya uğradığını bildirib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.