ABŞ-ın Rod-Aylend ştatında silahlı insident baş verib. Atışma nəticəsində 9 nəfər yaralanıb.
Məlumata görə, üç nəfərin vəziyyəti kritikdir. Polisdən “WPRI” telekanalına bildirilib ki, silahlı insident yerli vaxtla 19.00-da Providens şəhərində baş verib. Yaralananların hamısı 19-25 yaş arası gənclərdir. Hazırda araşdırma aparılır.
Müstəqil.Az