Müstəqil.Az xəbər verir ki, ABŞ – da Yaşayan Azərbaycanlılar İyulun 21-də Californiya ştatının Los-Angeles şəhərində baş vermiş hadisə ilə baqlı BƏYANAT yayıb. Bəyanatda deyilir:
İyulun 21-də ABŞ-ın Los-Angeles şəhərində Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən aksiya zamanı oraya toplaşmış həmvətənlilərimizə qarşı ermənilər tərəfindən çoxsaylı hücumlar edilmişdir.
Ermənilər Konsulluğun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlar səsləndirərək həmvətənlilərimizə qarşı provokativ addımlar atmışlar.
Aksiya zamanı ermənilər Azərbaycanlılardan qat-qat çox olmaqlarına görə həmyerlilərimizə hücum edib və onların bir neçəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Azərbaycanlıların və konsulluğun təhlükəsizliyini təmin etmək üçün Los-Angeles polisinin əməkdaşları hadisə yerində olsa da, həmyerlilərimizin təhükəsizliyini təmin etməyə müvəffəq olmayıblar. Məlumata görə, biri qadın olmaqla yeddi həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb, onlardan 4 nəfər isə xəstəxanaya müraciət edib.
Konsullugumuzun qaşısına toplanan həmvətənlilərimiz “Qarabağ Azərbaycandır!” “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət” və digər şüarlar səsləndirərək dinc aksiya keçirməyə cəhd göstərıb.
Biz ABŞ-da yaşayan azərbaycanlılar olaraq bu hadisədən dərin təəssüf və qəzəb hissi keçiririk. Düşünürük ki, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov bu məsələ ilə bağlı Los-Angeles polis departamentinə müraciət etməli, şəhərin rəsmilərindən soydaşlarimiza qarşı törədilən təxribatla bağlı günahkar şəxslərin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməlidir.
Biz Amerikada yaşayan azərbaycanlılar olaraq Los Angelesdə Konsulluqumuzun qarşısına toplanan soydaşlarımıza dərin minnətdarlıqımızı bildiririk, xəsarət alan qardaş ve bacilarimiza Allahdan şəfa diləyirik