ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudalı zəlzələ baş verib.
xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Lebanon rayonundan 5,5 km şimal-qərbdə olub. Zəlzələ ocağı 1 km dərinlikdə yerləşib.
Zəlzələ Nyu-Yorkda, o cümlədən BMT-nin mənzil-qərargahında da hiss edilib. Zəlzələyə görə BMT Təhlükəsizlik Şurasının iclası qısa müddət yarımçıq qalıb.