ABŞ-dan Rusiyaya tam qadağa…

ABŞ Maliyyə Nazirliyi Rusiyaya energetika sahəsində sanksiyaların necə tətbiq olunacağını açıqlayıb.

 

Müstəqil.az  xəbər verir ki, nazirlik bu barədə bəyanatını öz rəsmi saytında yerləşdirib. Yeni sanksiyalara əsasən, bütün amerikalılara Rusiyaya dərin sularda, Arktika şelf zonasında birbaşa və ya dolayısı yolla xidmət və texnologiyalar ixrac etmək qadağan edilib. Vaşinqton xüsusilə amerikalıların bu istiqamətdə Rusiyaya fayda verəcək bütün layihələrdən uzaq durmağını tələb edib.

 

Maliyyə Nazirliyi sanksiyalara Rusiyanın potensial neft hasil etdiyi layihələr, eləcə də dəniz sularında Moskvanın gerçəkləşdirdiyi bütün neft layihələrinin məruz qalacağını bildirib.

 

Amerikalılara həmçinin Rusiyada sanksiyalar altına düşən şəxslərlə də əlaqə qurmaq qadağan olunub.

 

 

Müstəqil.az

Share: