ABŞ dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəldir

ABŞ dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəldir

ABŞ administrasiyası Konqres tərəfindən bu yaxınlarda qəbul edilmiş yeni qanundan istifadə edərək, rusiyalı iş adamlarının döndurulmuş aktivlərindən Ukraynanın yenidən qurulmasına kömək etmək məqsədilə istifadə edir.

Bunu bazar ertəsi ədliyyə naziri – ABŞ-nin baş prokuroru Merrik Qarland təsdiqləyib.

“Biz Konqres tərəfindən verilən yeni səlahiyyətlərdən Rusiya oliqarxlarının bizim tərəfimizdən ələ keçirilən müəyyən aktivlərini Ukraynanın bərpasına yönləndirmək üçün istifadə edirik”, – o, mətbuat konfransında təfərrüata varmadan deyib.

Öz növbəsində, onun birinci müavini Liza Monako həmin tədbirdə qeyd edib ki, ABŞ Rusiya aktivlərinin dondurulması üzrə səyləri gücləndirəcək.

“Biz hesabatlılığı təmin etmək və Rusiya hərbi maşınına töhfə verənlərlə mübarizə aparmaq üçün yeni resurslar ayırırıq”, – deyə Monako vurğulayıb.

Onun sözlərinə görə, bu yeni resurslara Rusiya tərəfindən törədilmiş hərbi cinayətləri araşdırmaq üçün xarici tərəfdaşlarla işləyən prokurorlar daxildir və bu resurslar Rusiyanın istənilən aktivlərini dondurmaq səylərinin davamıdır.

Mənbə: TASS

Share: