ABŞ-ın Nyu-York şəhərində bomba həyəcanı yaşanır.
Nyu-York Polis Təşkilatı (NYPD) Manhetten bölgəsində yerləşən 5 ayrı yanğınsöndürən və təcili tibbi yardım mərkəzində bomba təhdidi olduğunu açıqlayıb.
Gecə saatlarında yaşanan həyəcandan sonra polis müvəqqəti olaraq həmin əraziləri təxliyə edib.
Yanğınsöndürən Təşkilatının mətbuat katibi Ceyms Lonq bomba xəbərdarlığının əsassız olduğunu qeyd edib. Xəbərdarlığın kimlər tərəfindən verildiyi bilinmir.
Faktla bağlı araşdırmalar aparılır./publika.az