ABŞ ilk dəfə İranı Qırmızı dənizdə gəmilərə hücumda günahlandırıb

ABŞ ilk dəfə İranı Qırmızı dənizdə gəmilərə hücumda günahlandırıb

ABŞ ilk dəfə İranı Qırmızı dənizdə gəmilərə hücumda günahlandırıb

Pentaqon şənbə günü Qırmızı dənizdə Hindistan sahillərində Yaponiyaya məxsus kimyəvi maddə daşıyan gəmiyə İrandan buraxılan pilotsuz uçuş aparatı ilə zərbə endirildiyini bəyan edib.

-nın xəbərinə görə, bununla İsrailin HAMAS-la müharibəyə başlamasından sonra Pentaqon ilk dəfə İranı gəmilərə hücum etməkdə günahlandırıb.

Pentaqonun yaydığı məlumatda bildirilib ki, hadisə yerli vaxtla saat 10.00-da Hindistan sahillərindən 370 km uzaqlıqda baş verib. Liberiya bayrağı altında üzən Yaponiya şirkətinə məxsus “MV Chem Pluto” gəmisində yanğın başlayıb. Yanğın söndürülüb, tələfat olmayıb.

“Ambrey” dəniz təhlükəsizliyi şirkəti isə tankerin İsraillə bağlı olduğunu, Səudiyyə Ərəbistanından Hindistana doğru hərəkət etdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Qırmızı dənizdə gəmilərə hücuma görə məsuliyyəti Yəməndəki husilər öz üzərlərinə götürüb. Husilər bunun İsrailin Qəzzaya hücumuna cavab olduğunu bildiriblər.

Share: