“Forbes”in 41-ci dəfə açıqladığı ABŞ-ın 400 ən varlı iş adamı siyahısına görə, bu il ilk dəfə “Tesla” və “SpaceX” texnologiya şirkətlərinin sahibi olan İlon Mask keçən ilə görə sərvətini 60 milyard dollardan çox artıraraq birinci yeri tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 4 il ard-arda birinci yerdə olan keçmiş “Amazon” CEO-su Ceff Bezos ikinci yerə çıxıb.
ABŞ-ın ən varlı iş adamları siyahısında ilk 20 nəfərin 1,6 trilyon dollar dəyərindəki sərvəti “Forbes 400” ün ümumi sərvətinin 40 faizinə uyğun gəlir.
Feysbukun qurucusu Mark Zukerberq isə ötən il 3-cü yeri tutduğu siyahıda 11-ci yerə enərək ilk 10-luğa daxil ola bilməyib.
2021-ci ilin sentyabrından bu yana sərvətinin yarıdan çoxunu (76,8 milyard dollar) itirən Zukerberq “Forbes“ jurnalının son bir ildə ən çox pul itirən 400 ən varlı adamı arasında birinci yeri tutub.