Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə Türkiyə KİV-ləri yazıb.
Qeyd edək ki, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.
Müstəqil.Az