ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi prezidentliyə namizəd olacaq

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi prezidentliyə namizəd olacaq

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb.

Çərşənbə axşamı Heylinin seçki kampaniyasının başlaması ilə bağlı xüsusi video yayılıb.

Heyli əlavə edib ki, prezident kimi o, ABŞ siyasətinə yeni yanaşmanı vurğulayacaq.

“Co Baydenin təcrübəsi dəhşətlidir, lakin bu, təəccüblü olmamalıdır. Vaşinqton isteblişmenti bizi dönə-dönə məyus edib. Yeni nəsil liderlərin vaxtıdır”, – Heyli deyib.

O, Çin, Rusiya və İran kimi dövlətlərlə münasibətdə “Bilməlisiniz ki, mən xuliqanlara dözməyəcəyəm”, – deyə bəyan edib.

Qeyd edək ki, Heyli 1972-ci ildə Cənubi Karolinada anadan olub və 2011-2017-ci illərdə ştatın qubernatoru vəzifəsində çalışıb. O, 2017-2018-ci illərdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub.

Mənbə: TASS

Share: