ABŞ-ın dövlət borcu ilk dəfə 31 trilyon dolları keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatlarında deyilir.
Maliyyə Nazirliyinin saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında oktyabrın 3-nə 31,123 trilyon dollar məbləği göstərilib.
Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir.