ABŞ-ın kommersiya neft ehtiyatları 450 mln. bareli ötüb

ABŞ-ın kommersiya neft ehtiyatları 450 mln. bareli ötüb

ABŞ-ın kommersiya neft ehtiyatları 450 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 210 min barel artaraq 451 417 min barel təşkil edib.

“-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 300 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Share: