ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları bu gün yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 07:00-da) qüvvəyə minib.
Dövlət Departamenti bu gündən Rusiyaya mülki aviasiya və kosmik sahədə ixrac istisna olmaqla, silah və ikitəyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək.
Eyni zamanda, təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsullarından başqa, ABŞ-ın Rusiyaya istənilən yardımı dayandırılıb.
Moskva ABŞ tərəfinin “istənilən kreditlərindən, kredit zəmanətlərindən və digər maliyyə yardımlarından” məhrum edilib.
ABŞ hökuməti yeni iqtisadi sanksiyalarla bağlı avqustun 8-də məlumat yayıb. (Oxu.Az )

Share: