ABŞ-ın Ukraynaya 600 milyon dollar dəyərində yeni yardım paketinə əlavə olaraq, HIMARS reaktiv yaylım atəşi sistemləri və 105 mm-lik artilleriya qurğuları üçün 36 000 sursat daxildir.
Bu barədə Pentaqonun məlumatında deyilir.
Yardım paketinə həmçinin 1 000 yüksək dəqiqlikli 155 mm-lik artilleriya mərmisi və dörd artilleriya əleyhinə radar daxildir.
Bundan əlavə, Ukrayna ağır texnikanın daşınması üçün dörd yük maşını və səkkiz qoşqu vasitəsi, PUA əleyhinə hava sistemləri, mina əleyhinə vasitələr alacaq.
Ümumilikdə, Baydenin hakimiyyəti dövründə ABŞ indiyədək Ukraynaya təxminən 15,8 milyard dollar, Rusiyanın fevralın 24-də işğalı başlayandan isə 15,1 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib.
Ötən həftə ABŞ Rusiyanın işğalına qarşı Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.
Mənbə: Ukrainskaya Pravda