ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxub

ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxub

ABŞ-ın vitse-prezidenti Kamala Harris koronavirusa yoluxub.

Müstəqil.Az  TASS-a istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Kirsten Allen məlumat yayıb.
Qeyd olunur ki, Kamala Harrisdə xəstəliyin heç bir simptomu görünməyib. Onun son vaxtlar Prezident Co Baydenlə və birinci xanımla yaxın təması olmayıb.

Harris özünü təcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək. Vitse-prezident Ağ Evə testin nəticəsi mənfi çıxanda qayıdacaq.

Müstəqil.Az

Share: