ABŞ Niderland Baş naziri Mark Ruttenin NATO Baş katibi postuna namizədliyinə müsbət yanaşır və dəstəkləyir.
xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culianna Smit xarici jurnalistlər üçün onlayn brifinqdə bildirib.
O xatırladıb ki, bu ilin oktyabrın əvvəlində Yens Stoltenberq NATO Baş katibi postunu tərk edəcək. Ameriaklı diplomat bildirib ki, müttəfiqlər Stoltenberqin 10 ildən artıq Baş katib kimi fəaliyyətini və liderliyini yüksək qiymətləndirir.
ABŞ-ın NATO-dakı səfiri deyib ki, hazırda NATO-nun gələcək Baş katibi postuna potensial namizədlər qiymətləndirilir. “Bildiyiniz kimi rəsmi olaraq Niderland Baş naziri Mark Rutte və Rumıniya Prezidenti Klaus Yohannis Baş katib postuna namizədliklərini elan ediblər. Biz onların səriştəsini və liderlik qabiliyyətini yüksək qiymətləndiririk”.
O vurğulayıb ki, ABŞ Baş nazir Mark Ruttenin bu posta namizədliyini dəstəkləyir.
Culianna Smit NATO-dakı səfirlərin bu iki liderin kvalifikasiyalarını qiymətləndirdiyini deyib: “Biz konsensus əldə edənə qədər müzakirə edəcəyik. Vaşinqton sammitinə qədər ilkin razılıq əldə etməyə çalışacağıq”.