ABŞ-də iki günə iflas edən “Silicon Valley Bank”ın (SVB) ardınca, oxşar səhm portfelinə malik “Signature Bank” da bağlanıb.
Bu barədə ABŞ Maliyyə Nazirliyi, Federal Ehtiyat Sistemi və Federal Əmanətlərin Sığortalanması Korporasiyasının birgə bəyanatında deyilib.
Bildirilib ki, Nyu-York ştatı tənzimləyicisi bu qərarı sistem riskləri səbəbindən verib.
Məlumata görə, bütün bank əmanətçiləri, SVB-də olduğu kimi, öz əmanətlərinə tam çıxış əldə edəcək və vergi ödəyiciləri heç bir itkiyə məruz qalmayacaq. Ali rəhbərlik vəzifəsindən uzaqlaşdırılıb.
Nyu-York Şəhər Maliyyə Xidmətləri Departamentinin məlumatına görə, “Signature Bank”ım 31 dekabr 2022-ci il tarixinə aktivləri təxminən 110,36 milyard ABŞ dolları və ümumi depozitləri təxminən 88,59 milyard dollar olub.
Bankın fəaliyyəti ilə tanış olan mənbənin “Bloomberg”ə verdiyi məlumata görə, “Signature”la bağlı qərar müəssisənin menecerləri üçün gözlənilməz olub, onlar bu barədə ictimaiyyətə açıqlamadan az əvvəl xəbər tutublar.
Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan SVB-nin cəmi iki günə iflasa uğradığı məlum olub. Bundan sonra ekspertlər nəhəng bankın iflasının iqtisadi böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Mənbə: RBK