ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfər edib.
xəbər verir ki, Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
“Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini, son danışıqlar və bu çərçivədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə etdik.
Mən bir daha Ermənistan tərəfinin regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini təsdiqlədim”, – Ermənistan Təhlükəsizlik Şurasının katibi sosial şəbəkə hesabında bildirib.