ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarından birinə hücum nəticəsində yaralanların sayı artıb.
xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Deon hücumu zamanı xəsarət lanların sayı 25-dən sayı 34-ə yüksəlib.
***
28.01.2024
Saat 23:48
İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.
xəbər verir ki, İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.
“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, – deyə qeyd olunub.
Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.
Daha sonra ABŞ Prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.
***
Saat 20:36
İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.
Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.