ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndə heyəti bu gün Ermənistanın paytaxtı İrəvana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Məlumata görə, nümayəndə heyətinin tərkibinə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim daxildir.
Bildirilir ki, səfər çərçivəsində bir sıra danışıqların keçiriləcəyi gözlənilir.