ABŞ ordusu İranın daha 6 komandanını öldürdü

İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi “Haşdi Şabi” qüvvələrinin komandanlarını daşıyan hərbi karvana hava zərbələri endirilib.

Müstəqil.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 6 nəfər həlak olub. Onların kimliyi barədə məlumat verilmir. İraqın “Sumeriyə” televiziyasının məlumatına görə, həlak olan şəxslər “Haşdi Şabi”nin nəzarətindəki yerli qruplaşmanın liderləridir.

“Haşdi Şabi” qüvvələri isə hücum zamanı komandanların hədəfə alınması barədə məlumatları təkzib edib. İddialara görə, avtomobil karvanındakı şəxslər həkimlər olub. Hücumun ABŞ ordusu tərəfindən təşkil olunduğu güman edilir. Hadisə barədə rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.

Anar Türkeş

Share: