Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500-dən çox modul alacaq.
Bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
O, həmçinin əlavə edib ki, bu il ölkəyə 506 buraxılış qurğusu tədarük olunacaq.
Nazir vurğulayıb ki, müvafiq sistemlər Polşa istehsalı olan yük maşınlarında quraşdırılacaq.
Qeyd edək ki, bir müddət öncə Dövlət Departamenti ABŞ-nin Polşaya 10 milyard dollara silah – sursat satacağını təsdiqləyib.
Mənbə: TASS