ABŞ hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliklə əlaqədar Rusiya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə fərdi qaydada baxacaqlar.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer sentyabrın 26-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq. Biz bu məsələdəki rolumuzu belə görürük”, – deyə o, jurnalistlərin sualını cavablandırıb.
Xatırladaq ki, Rusiyada qismən səfərbərliyin tətbiqi haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-də imzalayıb.
Mənbə: rossaprimavera.ru