“ABŞ rusiyalıların düşməni deyil”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Helsinkidə çıxışı zamanı ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz 30 il ərzində Moskva ilə sabit əməkdaşlıq münasibətlərinə sahib olmuşuq. Çünki hesab edirik ki, təhlükəsiz və firavan Rusiya Amerikanın maraqlarına cavab verir. ABŞ Rusiya hakimiyyətini devirmək istəmir, bizim belə bir məqsədimiz olmayıb. Rusiyanın gələcəyini rusiyalılar seçməlidir”, – deyə Blinken qeyd edib.