ABŞ Rusiyanın 500 obyektinə sanksiya tətbiq edəcək

ABŞ Rusiyanın 500 obyektinə sanksiya tətbiq edəcək

ABŞ Rusiyanın 500 obyektinə sanksiya tətbiq edəcək

ABŞ fevralın 23-ü Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümü ilə bağlı tədbirlər çərçivəsində 500-dən çox obyektə sanksiya tətbiq edəcək.

-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.

Agentliyə müsahibəsində məmur qeyd edib ki, tədbirlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrin şirkətlərinə yönəldiləcək. Onun sözlərinə görə, Vaşinqton Rusiyanı müharibəyə və müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etməyə çalışır.

Adeyemonu sözlərinə görə, sanksiyalar Rusiyanın silah yaratmaq üçün zəruri olan mallara çıxışını əngəlləmək, təcavüzkar ölkənin iqtisadiyyatını zəiflətmək və silah istehsalı üçün lazım olan gəlirlərə çıxışını ləngitmək üçün nəzərdə tutulub.

Share: