ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.
Məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil ediləcək. Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.
Martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib.
Yenilənmiş sanksiyalar siyahısına Timur Bukanov və İqor Kaqorodov, habelə Rusiyada yerləşən 15 şirkət daxil edilib. Bundan əlavə, iki Çin vətəndaşı və Estoniya, BƏƏ və Kiprdən üç xarici şirkət daxil edilib.